Mingəçevirdə iki avtomobil toqquşdu KONKRET

22.11.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Mingəçevirdə yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində baş verib. “Mercedes” markalı iki avtomobilin toqquşması zamanı idarəetmədən çıxan maşınlardan biri işıq dirəyinə çırpılıb, daha sonra yaşıllıq zolağına düşüb.

Qəza zamanı xəsərət alan olmasa da, avtomobillərə və şəhər təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью