Mingəçevirdə ikimərtəbəli obyektdə yanğın

14.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Mingəçevir şəhərində ümumi sahəsi 400 m² olan ikimərtəbəli (hər mərtəbəsi 200 m²) obyektin 1-ci mərtəbəsində ümümi sahəsi 65 m² olan anbarda rəflər üzərinə yığılan kassa lenti ilə dolu taralar, bitişik ümumi sahəsi 24 m² olan dəmir barmaqlıqlar arasında 14 ədəd terminal aparatı, 4 ədəd avtomobil şini və yaxınlığında 5 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, anbarın qalan hissəsi və içərisində olan avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью