Mingəçevirdə keçirilən əmək yarmarkasında 100 dən çox iş yeri təklif olunub

24.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Mingəçevirdə əmək yarmarkası keçirilib.

XQ bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan yarmarkada 20 müəssisə iştirak edib və 100-dən çox iş yeri təklif olunub. Vakansiyalar sənaye, xidmət, tikinti, ticarət, energetika kimi müxtəlif sahələri əhatə edir. İştirakçılar vakansiyaların şərtləri, əməkhaqqı, iş rejimi və tələblər barədə birbaşa işəgötürənlərin nümayəndələri ilə görüşərək ətraflı məlumat ala biliblər.

Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri yerindəcə peşə hazırlığı kursları, özünüməşğulluq proqramları, subsidiya mexanizmləri və digər aktiv məşğulluq tədbirləri haqqında da vətəndaşlara məsləhətlər veriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью