Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mingəçevirdə minik maşını mikroavtobusla toqquşub.
BAKU.WS Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsünün yaxınlığında baş verib.
Belə ki, "Toyota Prius"un "Mercedes Vito" mikroavtobusu ilə toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 5 nəfər yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.