Mingəçevirdə maşın piyadanı vurub öldürdü YENİLƏNİB

27.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Noyabrın 27-də saat 08 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

08:56

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Sənaye Parkı yaxınlığından keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobil yolu keçən qadını vuraraq öldürüb.

Ölən qadının kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью