Mingəçevirdə maşın piyadanı vurub ÖLDÜRDÜ YENİLƏNİB

27.11.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 27-də saat 08 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

(unikal)

***

Mingəçevirdə maşın qadını vuraraq öldürüb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Sənaye Parkı yaxınlığından keçən hissəsində baş verib. "VAZ-2106" markalı avtomobil yolu keçən qadını vuraraq öldürüb.

Ölən qadının kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью