Mingəçevirdə maşın Qala ya çırpıldı Yaralılar var

08.04.2026

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mingəçevirdə idarəetmədən çıxan avtomobil restorana çırpılıb. 

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə gecə saatlarında Füzuli küçəsində baş verib.

İdarəetmədən çıxan "Vaz 2107" markalı maşın "Qala" restoranının yerləşdiyi binaya çırpılıb. Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью