Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mingəçevirdə minik avtomobili ilə motosiklet toqquşub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Heydər Əliyev prospekti ilə M.Maqomayev küçəsinin kəsişməsində baş verib.
"Kia" markalı avtomobil ilə kuryerin idarə etdiyi motosikletlə toqquşub. 2004-cü il təvəllüdlü kuryer Həsənli Rəvan Daşqın oğlu müxtəlif bədən xəsarətləri alıb, o, ətrafdakıların köməyi ilə təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Oxunub 30