Mingəçevirdə məktəbli öldürüldü: Şübhəli qismində 14 yaşlı yeniyetmə saxlanıldı

23.11.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini, Elman Sarıyev həyatını itirib. O, 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.

Bildirilir ki, noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E.Sarıyev kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью