Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Mingəçevirdə minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində iki nəfər xəsarət alıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, "BMW" markalı avtomobilin aşması sürücü, 1986-cı il təvəllüdlü Zeynalov İmran və onun sərnişini, 2003-cü il təvəllüdlü Əhmədov Əhmədin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnib.
Xəsarət alan şəxslər Mingəçevir şəhər sakini olub və onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.