Mingəçevirdə müəllim dəm qazından zəhərlənərək öldü YENİLƏNİB (FOTO)

03.03.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevirdə dəm qazından zəhərlənərək ölən qadın müəllim işləyirmiş.

"Unikal"ın əldə etdiyi məlumata görə, Gülnar Əlizadənin iki azyaşlı qız övladı var.

Qeyd edək ki, o, Yevlağın Xaldan qəsəbəsində yerləşən məktəbində çalışırmış. 

*** 09:54

Mingəçevirdə qadın dəm qazından zəhərlənərək ölüb.

"Unikal"ın məlumatına görə, 1987-ci il təvəllüdlü şəhər sakini Gülnar Əlizadə yaşadığı M.Rəsulzadə  küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparlır.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью