Mingəçevirdə “Nissan” 66 yaşlı kişini vurub öldürdü

07.03.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Bu gün saat 20 radələrində Mingəçevir şəhərində Sabir Abdullayev tərəfindən idarə olunan “Nissan” markalı avtomobil yolu keçən piyada, 1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başladılıb, araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью