Mingəçevirdə nümunəvi məhəllələr yaradılıb AZƏRTAC

17.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Mingəçevir, 17 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir şəhərində 6 nümunəvi məhəllə yaradılıb.

Mingəçevir şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən il yaradılan nümunəvi məhəllələr 284 oturacaq, 67 söhbətgah, 5 idman meydançası, 3 mini futbol meydançası, 6 idman qurğuları meydançası ilə təmin edilib, həmçinin yeni ağaclar əkilib. 12 küçə və dalana, məhəllədaxili yol və səkilərə ümumilikdə 128 min kvadratmetr asfalt örtüyü salınıb, səki daşları düzülüb. 25 çoxmənzilli yaşayış binasında təmir işləri aparılıb. 300-ə yaxın yeni işıq dirəyi quraşdırılıb. Səməd Vurğun və 20 Yanvar küçələri arasındakı ərazidə fəvvarə yenidən qurulub, yeni piyada zolağı və qazon salınıb, bəzək kolları əkilib, səki daşları düzülüb, yeni oturacaqlar və zibil qutuları qoyulub. Uşaq əyləncə qurğuları və böyüklər üçün idman qurğuları, stolustu oyunlar üçün stol və stullar quraşdırılıb. Şəhərdə nümunəvi məhəllələrin salınması bu il də davam etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью