Mingəçevirdə ölkə çempionatı keçiriləcək

28.08.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, 31 avqust – 2 sentyabr tarixlərində baş tutacaq ölkə çempionatı Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Yarışda Bakı və Mingəçevirdən 100-dən artıq idmançı akademik avarçəkmə, kayak və kanoe növlərində mübarizə aparacaq.

Avarçəkənlər akademik avarçəkmə və kayakda 1 və 2 nəfərlik, kanoedə isə 1 nəfərlik qayıqlarda yarışacaqlar. Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında keçiriləcək ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.

Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı “İdman Paytaxtı”nda ilk avarçəkmə tədbiri İkiqat Olimpiya çempionu vəfat edib Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью