Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 30-da axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil, “VAZ-2121” (Niva) markalı maşınla toqquşub. Qəzaya səbəb “Opel” sürücüsünün ötmə qaydasını pozması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb, “Niva”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin