Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı

13.11.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki parkda qeydə alınıb.

Şəhər sakini, 2002-ci il təvəllüdlü Fərid atalığının xahişi ilə onu və 6 yaşlı ögey bacısını parka gətirib. Atalığı uşağı parkdakı əyləncə maşınlarına mindirmək istəyərkən məlum olub ki, onların batareya enerjisi tükənib. O, attraksion nəzarətçisi olan Araz adlı şəxslə bu barədə mübahisə edib. Həmin vaxt Fərid də nəzarətçi ilə mübahisə edib və ara sakitləşib. O, atalığı və ögey bacısını götürüb evə qayıdıb.

O, atalığı və ögey bacısını evə düşürüb, mənzildən bıçaq götürərək yenidən parka qayıdıb və nəzarətçi ilə mübahisə etməyə başlayıb. Bu zamanı o, üzərində gəzdirdiyi bıçaqla Araza iki zərbə endirib və hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Fərid saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və ittiham aktı məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Fərid 6 il azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью