Mingəçevirdə qadın boşqabla ərinin başını yardı

23.04.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.

"Unikal"ın  məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib. Ailədaxili  münaqişə və mübahisə zəminində həyat yoldaşı 1984-cü il təvəllüdlü şəhər sakini İsmayılov Ramil Hacıağa oğlunun başına  boşqabla ağır xəsarət yetirib.

Xəstəxanaya çatdırılan kişiyə alın-baş nahiyəsinə zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью