Mingəçevirdə qadın sürücü qəza törətdi: yaralananlar var

21.06.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsindəki yol dairəsi yaxınlığında  baş verib.

Qadın sürücünün idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və aşıb.Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparıllr.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью