Mingəçevirdə qadını maşın vurdu

03.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Dekabrın 3-də saat 08 radələrində Mingəçevir şəhərində Rauf Şamilovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən piyada, 1978-ci il təvəllüdlü İradə Əliyevanı vurulub.

Bakupost.az xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью