Mingəçevirdə qazi 12 yaşlı qızın həyatını xilas etdi

14.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, qəza Mingəçevir şəhərinin M. Maqomayev küçəsində baş verib.
Yolu keçmək istəyən 2014-cü il təvəllüdlü (12 yaşlı) Zəhra Musayevanı “Ford” markalı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəblini hadisə yerindən keçən 44 günlük vətən müharibəsi qazisi, mayor Pərviz Məmmədov xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, qızın həyatını qısa bir vaxtda onu xəstəxanaya çatdıran qazı xilas edib.
Məlumata görə, hazırda onuın vəziyyəti qənaətbəxşdir.
Qızın valideyinləri Pərviz Məmmədova dərin təşəkkürlərini bildiriblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью