Mingəçevirdə QƏTL: Mübahisə ölümlə NƏTİCƏLƏNDİ

16.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Mingəçevirdə bıçaqlanma olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 15-də saat 21 radələrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən B.Həsənli orada dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью