Mingəçevirdə qətl törədilib, saxlanılan var

16.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Mingəçevir şəhərində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli mübahisə zəminində qarın nahiyəsindən bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, ağır halda xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənli dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью