Mingəçevirdə rekord sayda iştirakçı Kür çayını keçəcək

08.08.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Mingəçevirdə Kür çayında “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə təşkil olunan yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Belə ki, ümumilikdə 616 nəfər mübarizəyə qatılacaq. İştirakçılar arasında ən gənc üzgüçünün 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.

Bu il yarış ilk dəfə iki məsafə üzrə keçiriləcək. İştirakçılardan 111-i 1000 metr, 505-i isə 350 metr məsafədə üzəcək.

Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə təşkil olunan yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.

Yarışa saat 13:00-da start veriləcək.

Cavid Şəmiyev

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью