Mingəçevirdə şagird məktəb binasından yıxıldı

18.02.2026

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhər 3 saylı şəhər  orta məktəbdə baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxllaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью