Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən noyabrın 25-də Z.Həsənova küçəsinin sakinləri ilə səyyar görüş keçirilib.
Gununsesi.info xəbər verir ki, 18 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri, sakinlər iştirak ediblər.
Görüşü açan İlham İsmayılov şəhərdə həyata keçirilən abadlıq quruculuq işləri haqqında məlumat verərək, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda iqtisadi inkişaf proqramının icrasının uğurla davam etdirildiyini vurğulayıb.
Həmçinin İcra başçısı “Mygov” platformanın portalı və mobil tətbiqi barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən, rəqəmsal dövlət xidmətləri “Mygov” və “Mygov Biznes” platformaları vasitəsilə “bir pəncərə” prinsipi ilə göstəriləcək.
Görüşdə iştirak edən vətəndaşlar ərazilərdə qurumuş ağacların budanması, sahibsiz itlərin uzaqlaşdırılması, yeni dayanacaq nöqtəsinin yaradılması, ictimai nəqliyyatın fəaliyyəti, tüstü bacasında yaranmış nöqsan və digər məsələlərlə bağlı müraciətlər ediliblər.
Müraciətləri dinləyən şəhər rəhbəri görüşün sonunda müvafiq müəssisə rəhbərlərinə vətəndaşın iştirakı ilə ərazilərdə olmağı və problemin qısa müddətdə həllini təmin etməyi tapşırıb.