Mingəçevirdə ürəyindən bıçaqlanan kişi öldü YENİLƏNİB

31.10.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Mingəçevirdə bıçaq xəsarətləri alaraq, ölən şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, həmin şəxs Günəşli qəsəbə sakini Bayramov Xəyal Arif oğludur.

Məlumata görə, o, günorta saat 14 radələrində yaşadığı evdə naməlum şəraitdə ürək nahiyəsindən bıçaq xəsarətləri alıb. O, aldığı xəsarətlərə Mingəçevir şəhər Xəstəxanasına çatdırıldıqdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

***
30 oktyabr, saat: 19:59

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.

42 yaşlı şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə şəraiti araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью