Mingəçevirdə yaşayış evi və avtomobil yanıb

14.04.2025

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mingəçevirdə yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bahar küçəsi 17 ünvanında Qənirə Kərimovaya məxsus evin həyətində “Opel” markalı avtomobil alışıb. Sonradan alov üçotaqlı yaşayış evinə də keçib. Ev sahibi nəvələri ilə birlikdə xilas ola bilib. Yanğın söndürülüb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью