Mingəçevirdə yaşayış məntəqələrini su basdı FOTO

16.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Mingəçevirdə bir neçə yaşayış məntəqələrini su basıb.
Avtosfer.az-ın  verdiyi məlumata görə, şəhərin Tingçilik massivi, Bahar küçəsi, Yeni Həyat köçkün şəhərciyini və digər yaşayış məntəqələrini su basıb.
Aramsız yağan yağış səbəbindən 5 evə ciddi ziyan dəyib. Bir neçə evin zirzəmilərinə su dolub.
İnsanların və avtomobillərin hərəkətində problemlər yaranıb. Bundan başqa fərdi təsərrüfata da ziyan dəyib (Bizim.Media).



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью