Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

01.08.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

“Qafqazinfo”nun məlumatına görə, hadisə Mingəçevir şəhəri ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan  “Opel” markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью