Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mingəçevirdə yeni təyinat həyata keçirilib.
Gununsesi.info xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elşən Əliyev 54 saylı Mingəçevir Dairə Seçki Komissiyasının sədri vəzifəsinə təyin edilib.
Elşən Əliyev uzun illər dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərib. O, müxtəlif illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər istiqamətində müxtəlif vəzifələrdə çalışıb.
Yeni təyinatla Elşən Əliyev 54 saylı Mingəçevir Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.
Vüsal Artyom