Mingəçevirdə yük maşını minik avtomobili ilə toqquşub, sürücü ölüb

14.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Elxan Şabanovun idarə etdiyi “Ford Transit” markalı 77-JH-140 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında dayanmış “Nissan” markalı 77-UK-045 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.

Hadisə nəticəsində Elxan Şabanov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью