Mingəçevirdə zəlzələ olub

26.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Noyabrın 26-da Azərbaycanda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, zəlzələ Gəncə stansiyasından 41 km şimal-şərqdə, Mingəçevir su anbarında qeydə alınıb.

Yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью