Mingəçevirdə zəlzələ olub | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Noyabrın 26-da Azərbaycanda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, zəlzələ Gəncə stansiyasından 41 km şimal-şərqdə, Mingəçevir su anbarında qeydə alınıb.
Yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub. Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu