Mingəçevirdə zəlzələ olub AZƏRTAC

26.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Azərbaycanda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, zəlzələ Gəncə stansiyasından 41 km şimal-şərqdə, Mingəçevir su anbarında qeydə alınıb.

Yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью