Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Mingəçevirdə zəncirvari yol qəzası olub.
Hadisə Aydın Məmmədov küçəsində baş verib.
Mərkəzi Xəstəxananın giriş qapısından əsas küçəyə çıxan Niva markalı avtomobil Tayota karola ilə toqquşub, daha sonra hərəkətdə olan BMV qəza iştirakçısı olan avtomobillərdən birinə çırpılıb.
Hadisə zamanı 1971-ci il təvəllüdlü Tünzalə İbrahimova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.