Mingəçevirə yaşayış evində partlayış olub

22.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a FHN-nin mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88 kvadratmetr olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью