“Mingəçevir“in baş məşqçi postuna Elman Sultanov gətirilib

06.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın I Liqa komandası "Mingəçevir"in baş məşqçi postuna Elman Sultanov gətirilib.

Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssislə 2026/2027 mövsümünü əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, "Mingəçevir" I Liqanın ilk turunda "Zaqatala" ilə qarşılaşacaq. I Liqada 2026/2027 mövsümü sentyabrın 3-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью