Mingəçevirin mənzil fondunun təmirinə ayrılan vəsait 1 milyon manata yüksəldildi

30.01.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Mingəçevir şəhərində Mənzil Fondunun əsaslı təmir edilməsi 1 milyon manata başa gələcək.

Bu barədə Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə Mənzil Fondunun təmir edilməsi üçün 1 milyon 48 min 375,72 manat ödəniş ediləcək.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 3-nə təyin olunub.

Xatırladaq ki, qurum daha öncə sözügedən Fondun əsaslı təmiri üçün iki dəfə tender elan edib. Ötən ilin may ayında elan edilən tenderin ehtimal edilən qiyməti 994 min 505,81, 2024-cü ilin noyabrında elan edilən tenderin ehtimal edilən dəyəri isə 434 min 779,15 manat olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью