“Mingəçevir”in məşqçisinə ağır cəza

19.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın VII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qaradağ Lökbatan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilir (maddə 37);

“Qəbələ” – MOİK oyununun 87-ci dəqiqəsində MOİK komandasının 6 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, MOİK komandası 150 manat cərimə edilir (maddə 39.1);

“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);

“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanır, “Mingəçevir” komandası 400 manat cərimə edilir (maddə 43.4);

8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilir (maddə 37);

Əsas xəbərlər, Ölkə futbolu Üç futbolçu millidən çıxarıldı

17 Noyabr 2024, 13:10

Əsas xəbərlər, Ölkə futbolu AFFA rəsmisi Ər-Riyada nə üçün gedib?

15 Noyabr 2024, 17:00

Əsas xəbərlər, Ölkə futbolu Narazılıq: “Hamı fikirləşir ki, pulumu qazanım, işim getsin”

14 Noyabr 2024, 19:25

Əsas xəbərlər, Ölkə futbolu “Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq” – Abdullayev

14 Noyabr 2024, 9:26

Əsas xəbərlər, Ölkə futbolu AFFA prezidenti Ronaldinyo ilə görüşdü

14 Noyabr 2024, 8:38

Əsas xəbərlər, Ölkə futbolu Millimizin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

13 Noyabr 2024, 18:44

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью