Minifutbol 2025: Azərbaycan millisi yarımfinal oyununa çıxır

30.05.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.

Tribunainfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.

Görüş saat 20.00-da start götürəcək.

Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21.30-da başlayacaq.

Dünya çempionatı
Yarımfinal
30 may

20.00 Azərbaycan – Monteneqro
21.30 Macarıstan – Serbiya

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью