Minifutbol 2025: Daha bir oyun baş tutdu

23.05.2025

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Qaynarinfo-nun məlumatına görə, İngiltərə və Macarıstan yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

İngiltərə I turda Ukraynanı 4 cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb - 1:1.

C qrupunun Ukrayna - Türkiyə matçı bu gün, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью