Minifutbol 2025: İndoneziya Bakıda qalib gəldi

22.05.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub.

Qaynarinfo xəbər verir ki, E qrupunun oyununda İndoneziya Kosta Rika ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən görüş İndoneziya yığmasının qələbəsi ilə nəticələnib - 1:0.

Qeyd edək ki, bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya Qananı məğlub edib - 3:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью