Minifutbol çempionatında final matçının vaxtı bilindi

03.03.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Minifutbol üzrə Azərbaycan çempionatında final oyununun vaxtı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, həlledici qarşılaşma martın 11-də keçiriləcək.

Çempionluq uğrunda “Zirə” və “Birbaşa Bakı” komandaları mübarizə aparacaq. Bakı Tennis Akademiyasında təşkil olunacaq matç saat 21:00 da başlayacaq.

Qeyd edək ki, final matçı "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью