Minifutbol: İkinci tura yekun vurulur

24.05.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın dördüncü günündə 2-ci tura yekun vurulacaq.

Bu gün daha 8 qarşılaşma baş tutacaq.

Qeyd edək ki, A qurpunda yer alan Azərbaycan millisi 4 xalla liderdir. Elşad Quliyevin baş məşqçisi olduğu komandamız qrupda son oyununu 25 mayda Mavritaniyaya qarşı keçirəcək.

Dünya çempionatına 1 iyunda yekun vurulacaq.

DÇ-2025
2-ci tur
24 may

E qrupu

19:30. Monteneqro - Kosta Rika
20:45. Tailand - İndoneziya

Xal durumu: İndoneziya - 3, Monteneqro - 1, Tailand - 1, Kosta Rika - 0.

F qrupu

14:00. ABŞ - Polşa
15:15. Bosniya və Herseqovina - Qazaxıstan

Xal durumu: Bosniya və Herseqovina - 3, Polşa - 3, Qazaxıstan - 0, ABŞ - 0

G qrupu

16:30. Gürcüstan - Argentina
22:00. BƏƏ - Çexiya

Xal durumu: Gürcüstan - 3, Çexiya - 3, Argentina - 0, BƏƏ - 0.

H qrupu

12:45. Qana - İsrail
18:15. İspaniya - Serbiya

Xal durumu: İspaniya - 3, Serbiya - 3, İsrail - 0, Qana - 0.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью