Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Yeniavaz.com xəbər verir ki, “Tipos Arena”da keçirilən görüşdə Elşad Quliyevin komandası Ukrayna millisini məğlub edib (2:0).
Oyunda Mirmehdi Rzayev və İsa Atayev fərqlənib.
Xatırladaq ki, bununla da, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan həm Avropa, həm dünya, həm də yenidən Avropa titulunu ardıcıl qazanan ilk milli komanda kimi tarixə düşüb.