Minifutbol millimiz Avropa çempionudur!

04.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən sayca 12-ci Avropa çempionatında bu gün final oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Bratislavada baş tutan həlledici matçda Elşad Quliyevin baş məşqçisi olduğu komanda Ukrayna ilə üz-üzə gəlib.

"Tipos Arena"da baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz tarixində ilk dəfə final üzü görən Ukraynaya qalib gələrək, ikinci dəfə qitə çempionu adını qazanıb. Beləliklə millimiz Rumıniyadan sonra (6 dəfə) bu sevinci yenidən yaşayan ikinci komanda olub.

Xatırladaq ki, indiyə qədər 6 ölkə Avropa çempionu adını qazanıb. Rumıniya 6 çempionluğu olan rekordçu ölkədir. Azərbaycan, Çexiya, Qazaxıstan, Rusiya və Serbiya isə hərəyə bir titul qazanıblar. Bununla belə, rumınlar 2015-ci ildən bəri çempion ola bilmir. Son üç qitə çempionatında onlar finalda uduzublar. Ən son olaraq, AÇ-2024-də Serbiyaya dramatik penaltilər seriyasında (9-10, əsas vaxtda 1:1) məğlub olublar. 2022-ci ildə isə Slovakiyanın ev sahibliyi etdiyi Avropa şempionatında Rumıniya finalda məhz Azərbaycan millisinə uduzub (0:1).

Seçməmiz cari qitə birinciliyində 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4-də Çexiyadan (5:2),1/2-də isə Serbiyadan (1:1, penaltilərlə - 3:1) güclü olub. Komandamız F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью