Minifutbol: Son 1/8 finalçılar müəyyənləşir

26.05.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 4 qrupda 8 qarşılaşma baş tutacaq.

Bu qarşılaşmaların ardından 1/8 final mərhələsinin son 4 cütünün tərkibi müəyyənləşəcək.

E qrupundan Çexiya və Gürcüstan milliləri ilk 2 turdan sonra adlarını növbəti mərhələyə yazdırıblar. H qrupunda isə Serbiya yığması son oyununu formallığa çevirib.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk 4 oyununda Azərbaycan Rumıniya ilə, İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa Mavritaniya ilə üz-üzə gələcək. Görüşlər mayın 27-də keçiriləcək.

Dünya çempionatı
3-cü tur
26 may

E qrupu
12:45. Kosta Rika - Tailand
22:00. İndoneziya - Monteneqro

F qrupu
16:30. Polşa - Bosniya və Herseqovina
20:45. Qazaxıstan - ABŞ

G qrupu
15:15. Argentina - BƏƏ
18:15. Çexiya - Gürcüstan

H qrupu
14:00. İsrail - İspaniya
19:30. Serbiya - Qana

Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью