Minifutbol turnirində qaliblər bəlli olub İdman və Biz

17.12.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İdman Paytaxtı" Quba şəhərində veteranlar arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş minifutbol turniri keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Futbol Veteranları İctimai Birliyinin təşkil etdiyi turnirdə 8 komanda yarışıb.

Qələbə uğrunda Azərbaycan milli komandasının, həvəskarlar liqasının, "Neftçi", "Sumqayıt" komandalarının, eləcə də, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının futbol veteranları mübarizə aparıblar.

Turnirin finalında veteran futbolçulardan ibarət Azərbaycan milli komandası və "Sumqayıt" komandası qarşılaşıblar. Görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Üçüncü yer uğrunda matçda "Qusar" komandası "Quba"ya qalib gəlib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью