Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

19.02.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Metbuat.az xəbər verir ki, yarımfinalda "Zirə" "Aznur"u 4:0 (ilk matç 2:0), "Birbaşa" kollektivi isə "Qalaksi"ni 3:0 (ilk matç 2:1) hesabı ilə üstələyərək həlledici mərhələyə vəsiqə qazanıb.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında reallaşıb.

Qeyd edək ki, "Zirə" və "Birbaşa" komandaları arasındakı final görüşü martın 11-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью