Minifutbol üzrə Azərbaycan çempionatında pley off mərhələsinin iştirakçıları bəlli olub

17.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

"Report"un məlumatına görə, ilk "8-lik" XIII turun oyunlarından sonra dəqiqləşib.

"Birbaşa Bakı" 37 xalla müntəzəm mövsümü birinci pillədə başa vurub. "Zirə" 34 xalla ikinci, "Aznur" 32 xalla üçüncü olub.

Növbəti sıralarda "Sumqayıt" (29 xal), "Galaxy" (26 xal), "Göyçə" (19 xal), "Star Bakı" (18 xal) və "Laçın" (15 xal) kollektivləri qərarlaşıblar.

Qeyd edək ki, çempionatda 14 komanda mübarizəyə qoşulmuşdu.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью